"Avstriyada bu terrorçu ifrat sol ideologiyaya yer ola bilməz”.
"Report” "Yenisafak”a istinadən xəbər verir ki, bunu Avstriyanın baş naziri Sebastian Kurts sosial şəbəkədə mayın 1-də terrorçu PKK-nın təəssübkeşlərinin ölkəsində pankartlar açmasına etiraz edərək yazıb.
Mayın 1-də Avstriyanın paytaxtı Vyanada müxalifət partiyası bayram tədbiri keçirib. Həmin tədbirdə terrorçu PKK-nın təəəsübkeşləri də qatılıb. Onlar meydanda PKK ilə bağlı pankart asmaq istəyib.
"Müxalifət təcili olaraq stalinçi PKK kimi ifratçı qruplarla əlaqələrini kəsməlidir. Avstriyada bu ifrat terrorçu sol ideologiyaya yer ola bilməz”, - o yazıb.
Cari il martın 1-də qüvvəyə minən "Simvollar haqqında qanuna” əsasən, Avstriyada terrorçu PKK-nın rəmzlərinin ictimai yerlərdə açıq-aşkar istifadə edilməsi qadağandır.