Axtarış...

Məsciddə 50 müsəlmanı gülləbaran edən terrorçu məhkəməyə belə gətirildi - VİDEO

Məsciddə 50 müsəlmanı gülləbaran edən terrorçu məhkəməyə belə gətirildi - VİDEO

Yeni Zelandiyada iki məscidə (Al Noor və Linwood) hücum edərək 50 müsəlmanın ölümünə səbəb olan terrorçu 28 yaşlı Avstraliya vətəndaşı Brenton Tarrant Christchurch Region Məhkəməsinə çıxarılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, terrordan sonra ilk dəfə KİV-lərin iştirakı ilə məhkəmə qarşısına çıxarılan terrorçu Tarrant etdiyi əl işarəsi ilə diqqət çəkib.

Christchurch məhkəməsi törətdiyi cinayəti qəbul etməyən cani qatilin 5 aprelə qədər həbsdə qalmasına qərar verib. Polis ona qarşı yeni ittihamların qaldırılacağını desə də, detalları hələlik açıqlamayıb.

Tarrant məhkəmə prosesi zamanı törətdiyi əmələ görə peşmanlıq ifadə etməyib, hətta jurnalistlər foto çəkən zaman nasist (Alman faşist ideologiyası) jestlər göstərib.

Qeyd edək ki, Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bildirib ki, terrorçu hücumlarda 2-i yarı avtomatik 5 silah istifadə edib. Təcavüzkar bu silah lisenziyasını 2017-ci ildə alıb.


Text-to-Speech

DİNLƏ






Şərh yaz