Axtarış...

"ABŞ səmimi deyil və artıq səbrimiz daşıb" - Mövlud Çavuşoğlu

"ABŞ səmimi deyil və artıq səbrimiz daşıb" - Mövlud Çavuşoğlu

“Aradan bir il bir ay keçməsinə baxmayaraq, Suriyanın Münbiç bölgəsi ilə bağlı "yol xəritəsi" hələ də hazırlanmayıb”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də nigeriyalı həmkarı Denis Monkada Kolindreslə birgə keçirdiyi mətbuat konfarsında deyib.

ABŞ-ın Münbiçlə bağlı öhdəliyinin yerinə yetirməməsindən gileylənən nazir vurğulayıb ki, 2018-ci ilin iyun ayında ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Suriyanın Münbiç bölgəsndə təhlükəsizlik bölgəsi yaradılması ilə bağlı razılığa gəliblər.

Onun sözlərinə görə, ancaq "yol xəritəsi" hələ də hazırlanmayıb: “Həmin təhlükəsiz bölgənin dərinliyi, əraziyə kimin nəzarət edəcəyi və oradan terrorçu PKK/YPG-PYD-nin necə çıxarılacağı bizim üçün 3 həssas mövzudur. Dövlət katibi ilə əldə etdiyimiz razılaşmaya əsasən, bu məsələlərlə bağlı "yol xəritəsi"ni ən azı 90 gün ərzində tamamlamalı idik. Ancaq həmin müddətdən bir il bir ay keçib.

ABŞ prezidenti Donald Trampın müracitəinə görə, bölgəyə doğru hərəktimizi dayandırdıq. Həmin ərazidən Türkiyəyə təhdidlər artır. Buna qarşı hazırlıq işləri gördük. Təcili olaraq təhlükəsiz bölgə ilə bağlı razılığa gəlməliyik. Çünki artıq səbrimiz daşıb. Təhlükəsiz bölgə ilə bağlı fəaliyyət başlamasaq, Türkiyə olaraq üzrəimizə düşəni edəcəyik.

Terrorçu qruplaşmalar özlərini gücləndirirlər. ABŞ onlara silah-sursat verir. Danışıqlar üçün Vaşinqtona heyətimizi göndəririk. Onlar hərəkətə başlamamağımızı istəyirlər. Ancaq ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefferi ilə danışıqlar keçirilən gün ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi terrorçu PKK/YPG-PYD qruplaşmasının dəstə başçılarından olan Şahin Cilo ilə görüşdü. Bu ABŞ-ın səmimi olmadığını göstəricisidir”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz