Axtarış...

Suriyada hərbi münaqişə nəticəsində 689 jurnalist ölüb

Suriyada hərbi münaqişə nəticəsində 689 jurnalist ölüb

Suriyada hərbi münaqişələr nəticəsində 689 KİV nümayəndəsi ölüb.

“Report” xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Təşkilatının hesabatında vurğulanıb.

Bildirilib ki, Bəşşar Əsəd rejimi və tərəfdarları 543 jurnalisiti, o cümlədən 5 xarici KİV nümayəndəsini öldürüb. Rusiya Hərbi-Kosmik Qüvvələrinin bombardmanları nəticəsində 19 jurnalist ölüb. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviazərbələri nəticəsində isı 1 jurnalist həyatını itirib.

Terrorçu PKK/YPG-PYD qruplaşmasının silahlıları Suriyada 4 jurnalisti, İŞİD üçü xarici olmaqla 64, silahlı müxaifət 25, “Həyat təhrir əş-Şam” 5 KİV nümayəndəsini öldürüb. Suriyadakı silahlı münaqişə nəticəsində 28 jurnalisti öldürən qruplaşma məlum deyil.

Suriyada müharibə başlayandan 18-i xarici ölkə vətəndaşı olmaqla 418 jurnalist tutulub. Bəşşar Əsəd rejimi 346 KİV nümayəndəsini, o cümlədən 4 əcnəbini həbs edib. Terrorçu YPG/PYD qruplaşması 7, İŞİD 8-i əcnəbi olmaqla 48, silahlı müxalifət 5-i xarici ölkə vətəndaşı olmaqla 14, “Həyat Təhrir əş-Şam” biri xarici olmaqla 3 jurnalisti tutub.

Qeyd edək ki, Suriyada 2011-ci ilin martında dinc etiraz aksiyası iştirakçılarına Bəşşar Əsədin hərbçilərinin atəş açması ilə silahlı münaqişə başlayıb.

BMT-nin məlumatına görə, münaqişə nəticəsində 400 min nəfərdən çox insan ölüb, 10 milyondan çox insan öz evini tərk edib, 4,8 milyon suriyalı xarici ölkə ərazisinə sığınıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz