“Şəhidlərimizin, qazilərimizin qanını yerdə qoymayacağıq”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu gün Batmanda şəhid olan 7 hərbçimizi mütləq anmalıyam. Bu hadisələr düşmənə nifrətimizi daha da artırır. Terrora qarşı mübarizəmizi güclü şəkildə davam etdirəcəyik”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, oktyabrın 4-də Batmanda Piyadaların Döyüş Maşının terrorçu PKK-nın yola düzdüyü minaya düşməsi nəticəsində 7 hərbçi şəhid olub, 2-si yaralanıb.