Axtarış...

"28 may" stansiyasının əsas çıxışındakı sıxlığın səbəbi açıqlandı

"28 may" stansiyasının əsas çıxışındakı sıxlığın səbəbi açıqlandı

"28 may" metro stansiyasının ikinci çıxışından əhalinin az istifadəsi əsas çıxışda sıxlığa səbəb olur.

Millitv.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "28 may" metro stansiyası iki xətt birləşir, orada kifayət qədər sərnişin sıxlığı var və olacaq.

"Bu sıxlıq xətlərin ayrılacağı vaxta qədər olacaq. Baxmayaraq ki, "28 may" metro stansiyası iki çıxışlıdır, yeni istifadəyə verilmiş ikinci çıxışdan sərnişinlər istifadə etmir. Bu səbəbdən birinci sıxlıq yaranır", - deyə QSC rəsmisi qeyd edib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz