Axtarış...

Fransada 20-dən çox metro stansiyası bağlandı



Fransanın paytaxtı Parisdə 20-dən çox metro stansiya bağlanıb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, stansiyalarla yanaşı, şəhərin əsas nəqliyyat vasitələrindən olan elektrik qatarlarının da fəaliyyəti dayandırılıb. Buna səbəb "sarı jiletlilər”in tərəfdarlarının aksiya planlaşdırmasıdır. Ənənəvi hal alan şənbə mitinqləri zamanı tez-tez etirazçılar və polis arasında iğtişaşlar, toqquşmalar baş verir.

Qeyd edək ki, özlərini "sarı jiletlilər” adlandıran etirazçılar irimiqyaslı aksiyalara 2018-ci ilin noyabrında başlayıblar. Onlar benzin və dizelin qiymətinin artmasına qarşı çıxır, həmçinin, vergilərin azaldılması, hökumətin istefasını tələb edirdilər
Text-to-Speech

DİNLƏ






Şərh yaz