“Bakı Metropoliteni” QSC gələn il yeni stansiyalarının açılışı, həm də vaqon parkının yenilənməsi ilə əlaqədar 50 yeni vaqon alacaq.
Report-un məlumatına görə, bunu qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov metro işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu vaqonların 20-si (4 qatar) yeni tikilmiş xətlərdə, 30-u (6 qatar) isə köhnə xətlərdə istismar ediləcək.
“Yeni vaqonlar Rusiyanın “Metrovaqonmaş” şirkətinin istehsalı olacaq", - deyə Ə.Osmanov qeyd edib.