Axtarış...

"Bakı Metropoliteni"ndə kadr dəyişikliyi olub


MilliTV.az


"Bakı Metropoliteni" QSC-nin Hərəkət Xidmətinə yeni rəis təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, qurumun baş müfəttişi Elxan Məmmədov bu vəzifəyə gətirilib.

E.Məmmədovun yerinə isə qurumun Hərəkət Qatarlarının İstismarı Departamentinin baş mühəndisi Ruslan Seyidov təyin olunub.

"Bakı Metropoliteni"ndə baş verən kadr dəyişiklikləri "Report"a QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib.

Xatırladaq ki, bu il iyunun 17-də "Bakı Metropoliteni"nin Hərəkət Xidmətinin keçmiş rəisi Etibar İsayev ürəktutmasından dünyasını dəyişib.[h1][/h1]


Daha çox xəbər

Şərh yaz