Axtarış...

Metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılacaq


MilliTV.az


Sərt karantin rejimi çərçivəsində metro stansiyalarının fəaliyyətinin dayandırılması ilə sərnişinlərin “BakıKart”-ın balansını artırmasında müəyyən çətinliklər müşahidə olunub. Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq məsələnin operativ həlli istiqamətində tədbirlər görülüb.

XeberOxu.Az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliteni QSC, “BakıKart” və MilliÖn şirkətlərinin rəhbər şəxsləri arasında video-konfrans formatında görüş keçirilib. Müzakirlərin yekunu olaraq sərnişin tələbatı çox olan metrostansiyalarının vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verilib.

Qərara alınıb ki, iyulun 15-dən etibarən səhər və axşam pik saatlarında daha çox sərnişin tələbatı olan istiqamətlərdə metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılsın. Qrafikə əsasən saat 06:30-dan 12:00-a qədər “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Azadlıq”, “20 Yanvar” stansiyalarının metroları, saat 16:00-dan 20:30-a qədər isə “20 Yanvar”, “Nizami”, “Gənclik”, “N.Nərimanov” stansiyalarının vestibülləri yalnız ödəmə terminallarında istifadə üçün açıq olacaq.

Vestibüllərdə sərnişinlərin maskadan istifadə və sosial məsafənin gözləniləməsi qaydalarına riayət etməsi üçün müvafiq tədbirlər görülür. Sərnişinlərdən “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qurmalarını xahiş edirik. Əvvəlcədən tədbirli davranış lüzumsüz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

Video konfransda avtobus dayanacaq məntəqələrindəki ödəmə terminallarındakı yaranan texniki nazaslıqlar və onların həlli məsələləri də müzakirə edilib. Bildirilib ki, hazırda sərt karantin rejiminə uyğun olaraq “BakıKart” və “MilliÖn” şirkətlərində ümumi əməkdaşların 50%-i çalışır. Buna baxmayaraq hər iki operator işini xüsusi rejimdə quraraq ortaya çıxan texniki nasazlıqların qısa vaxtda aradan qaldırılmasına səy göstərir.[h1][/h1]
Text-to-Speech

DİNLƏ






Şərh yaz