Axtarış...

Bakı metrosunda gərginlik - Sərnişinlər boşaldıldı



Bakı metrosunda problem - Sərnişinlər boşaldıldı

Bakı metrosunda qatarda texniki problem yaranıb.
Oxu.Az-ın məlumatına görə, problem saat 10:35 radələrində metronun "Qara Qarayev” stansiyasında qeydə alınıb.
Sərnişinlər qatardan təxliyyə olunub.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında faktı təsdiqləyib.
O bildirib ki, problem Həzi Aslanov” - "Dərnəgül” xətti üzrə hərəkət edən qatarda olub:
"Qatarda yaranan nasazlıq səbəbindən sərnişinlər boşaldılıb. Qatar dərhal depoya göndərilib. Əvəzinə xəttə köməkçi qatar buraxılıb. Yaranmış problemlə əlaqədar iki qatar arasında 11 dəqiqəyə yaxın interval yaranıb”.



Şərh yaz