Axtarış...

Bakı Metropoliteni: Bu il üçün sifariş edilən qatarların son ikisi də artıq Bakıdadır



“Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında növbəti iki yeni qatar Bakıya gətirilib.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, qatarların depoda sazlama və sınaq işləri həyata keçirildikdən sonra sentyabr ayı ərzində xəttə buraxılacaq. Beləliklə də cari il üçün sifariş edilən bütün qatarlar artıq ölkəmizdədir.

B.Məmmədov qeyd edib ki, ümumilikdə Bakı Metropolitenində 11 yeni qatar mövcuddur. Bunlardan 5-i 2015-2018-ci illərdə, 6-sı isə 2019-cu ildə gətirilib.

Xatırladaq ki, Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC bu il Bakı Metropoliteni üçün 30 yeni nəsil vaqon istehsal edib. Dörd qatar hazırda Bakı Metrosunda sərnişinlərə xidmət göstərir. Vaqonların istismar müddəti 30 ildir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz