Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Dağlıq Qarabağ problemi həll edilməyənə qədər Türkiyənin Ermənistanla münasibətlərinin düzəlməsi mümkün deyil.
Millitv.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, fikirlərini Beynəlxalq Münasibətlər Düşərgəsində çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağ münaqişəsi həll olunmayana qədər Qafqazda sabitlik olmayacaq.
“2019-cu ildə bu məsələ ilə daha yaxından maraqlanacağıq”, - deyə nazir sözlərinə əlavə edib.