Xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfərinə hazırlıq gedir.
APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, nazir bununla seçkilərdən sonra Azərbaycana ilk rəsmi səfərini gerçəkləşdirəcək: “Səfərin dəqiq tarixi barədə yaxın günlərdə məlumat veriləcək”.
***
15:18
Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Azərbaycana səfər edəcək.
APA-nın məlumatına görə, səfərin iyulun 24-də həyata keçirilməsi gözlənilir.
Səfər çərçivəsində M. Çavuşoğlunun ölkə rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.