"Qarabağın Azərbaycan torpağı olduğu, işğalın bitməsinin vacibliyi deyilsə də, dünya bu problemi həll etmək istəmir".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.
"Dünyanın buna gücü yetmədiyini deyə bilmərik, sadəcə etmək istəmir. Beynəlxalq birlik gücündən istifadə etsə, bu problemin həll edə bilər. Bu dondurulmuş problem olaraq qalır. Ümid edirəm ki, bura gələn liderlər bu problemin həllinə töhfə verəcəklər. Mən bu problemin həllinə inanıram və barış üçün həllin vacib olduğunu düşünürəm. Türkiyə olaraq bu gün də bu məsələnin həllində Azərbaycanın yanındayıq", - deyə o əlavə edib