Axtarış...

Rusiya XİN-dən Azərbaycanın kəskin etirazına reaksiya


MillTV.az
“Saakyanın Moskvaya səfəri Rusiyanın vasitəçilik missiyasına zidd deyil”
"Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Moskvaya səfəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın vasitəçilik missiyasına zidd deyil".

Bunu brifinq zamanı verilən sualı cavablandıran Rusiya Xarixi İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib.

“Bu səfər özəl tədbirdən başqa cür dəyərləndirilə bilməz. Onun statusu göz qabağındadır. Həmin səfər nə Rusiya qanunlarına, nə mövcud beynəlxalq razılaşmalara, nə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçilik missiyası ilə ziddiyyət təşkil edir. Ona görə də Azərbaycan tərəfinin bu yaxınlardakı bəyanatında Rusiya tərəfinə qarşı irəli sürülən iradları bizim fikrimizcə, əsassızdır”, – Rusiya rəsmisi deyib.

Xatırladaq ki, Azərbaycan XİN Bako Saakyanın Moskvaya səfərini Rusiyanın vasitəçilik öhdəliklərinə zidd olan addım kimi qiymətləndirmişdi.

Mariya Zaxarova onu da bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Milanda keçiriləcək iclası zamanı ikitərəfli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə atılan addımları müzakirə edəcək.

O, nazir S.Lavrovun ATƏT-də Rusiyanı maraqlandıran məsələlərə dair çıxış edəcəyini söyləyib.

“Təbii ki, dediyim kimi, ikitərəfli görüşlər də olacaq. Həmin görüşlərdə adı çəkilən (Dağlıq Qarabağla bağlı – red.) məsələ daha konkret şəkildə, tətbiqi nöqteyi-nəzərdən müzakirə olunacaq. Əlbəttə ki, bu zaman müəyyən təkliflər, addımlar da razılaşdırıla bilər”, - Rusiya rəsmisi bildirib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz