Axtarış...

İŞİD-in baş kəsən komandiri öldürüldü

İŞİD-in baş kəsən komandiri öldürüldü

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada İŞİD terror qruplaşmasına qarşı hava hücumu təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın İŞİD-lə Mübarizə Üzrə Təşkilatının xüsusi nümayəndəsi Brett Makqark tvitter hesabında yazıb. Onun sözlərinə görə, Suriyanın Badiyə çölündə keçirilən əməliyyat zamanı terror qruplaşmasının baş kəsən komandirlərindən olan Əbu əl Umarayn məhv edilib. İŞİD-lə mübarizə məqsədilə yaradılan Birləşmiş Birgə Vəzifə Gücü-Təbii Qətiyyət Əməliyyatı (CJTF-OIR) komandirin öldürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, İŞİD qruplaşması 2013-cü ildə Suriyada müharibədən qaçan insanlara kömək edən Amerika vətəndaşı Pitr Kassinqi əsir alıb, 2014-cü ildə isə o, Əbu əl Umarayn tərəfindən başı kəsilərək qətlə yetirilib
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz