Axtarış...

Tramp İŞİD üzərində qələbə çaldığını elan etdi, amma…

Tramp İŞİD üzərində qələbə çaldığını elan etdi, amma…















Ekspertlər isə tələsməməyi məsləhət görür, çünki terrorun başa çatması üçün başqa nüanslar var
Kürdlərin liderlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyası bu həftə 40 gün davam edən mühasirədən sonra İŞİD-in Suriyadakı sonuncu yaşayış məntəqəsi olan Bağuzu ələ keçirdi. Kürdlərin Bağuza bayraq sancması (bu da bir ayrı mübahisə mövzusudur, bu bayraq qanuni sayılırmı? – K.R.) bütün dünyada tirajlandı.

Təbriklərə ABŞ prezidenti Donald Tramp da qoşuldu. ABŞ prezidenti “Twitter”də yaydığı açıqlamasında bildirib ki, Koalisiya. İraq ordusu və SDQ İŞİD-in işğal etdiyi bütün ərazilərdə yenidən nəzarəti ələ keçirdiyini bəyan edib. Tramp deyib ki, 30 min kv.km-dən böyük ərazi və milyonlarla insan İŞİD-dən xilas edilib. ABŞ prezidenti deyib ki, İŞİD bir daha ortaya çıxmağa cəsarət edərsə, ölkəsi üçün savaşmağa hazırdırlar. Təbii ki, Tramp bu qələbəni öz xidməti adlandırıb.

Картинки по запросу İŞİD

Ancaq qəribə də olsa ABŞ rəsmiləri Trampdan fərqli olaraq İŞİD-in hələ qaldığını deyir. Məsələn, Dövlət Departamentinin Suriyadakı xüsusi təmsilçisi Uilyam Rubak deyib ki, İŞİD hələ də qalır və terror təşkilatına qarşı mübarizə davam edəcək. Suriyanın Deyr əz-Zor vilayətində İŞİD üzərində qələbəyə həsr olunmuş tədbirdə çıxış edən Rubak deyib ki, ehtiyac yaranarsa, İŞİD-ə qarşı mübarizə üçün yeni əməliyyatlar təşkil olunacaq. ABŞ rəsmisi deyib ki. İŞİD məğlub edilsə də, tamamən yox edilməyib. O, terror təşkilatının tamamən yox edilməsi üçün fəaliyyətləri davam etdirəcəklərini deyib.

İŞİD mövzusunda daha bir təkzib britaniyalı jurnalist Robert Fiskdən gəlib. “İndependent” qəzetinin Yaxın Şərq yazarı Fisk bildirib ki, İŞİD-in bitməsi haqqında iddialar bir az şişrtmədir, çünki yazarın fikrincə, hələ də Suriya ərazilərində fəaliyyət göstərən çoxlu sayda İŞİD silahlısı var. Xüsusən də İdlibdə hələ də İŞİD silahlılarının qaldığını düşünən Fiskə görə, qruplaşma hər yenidən ortaya çıxa bilər.

Картинки по запросу Suriyanın Deyr əz-Zor vilayətində İŞİD

Daha bir maraqlı detal ondan ibarətdir ki, hələlik rəsmi Dəməşq İŞİD-lə bağlı, yəni qruplaşmanın fəaliyyətinin sona çatması haqqında hər hansı rəsmi açıqlama verməyib. Üstəlik, interaktiv xəritələrdə hələ də Deyr əz-Zor yaxınlığında Suriya hökumətinin nəzarətində olan bölgədə İŞİD silahlılarının olduğu görünür. Bu məlumatın nə qədər dəqiq olduğunu indi təsdiqləmək çətin olsa da, fakt onu göstərir ki, İŞİD-in yox olması ilə bağlı bəyanatlar tələsik və ya siyasi məqsədli qərarlardır. Necə ki, 2003-cü ilin mayında ABŞ prezidenti Corc Buş İraqda müharibənin başa çatdığını elan etdikdən sonra Pentaqon hələ 7 il İraqda qalıb savaşdı.

Əslində İŞİD tamamən yox edilsə belə, onun xəyali varlığı belə bir çox ölkələr üçün gərəkli olacaq. Çox uzağa getməyə də gərək yoxdur. Məsələn, ABŞ və Rusiya məhz İŞİD-ə, yəni qlobal terrorizmə qarşı mübarizə məsələsini əsas gətirərək hazırda Suriyada mövcuddurlar. O başqa mövzudur ki, Rusiya onu Suriya hökumətinin köməyə çağırdığını bəyan edir.

Картинки по запросу Suriyanın işid xəritsi

İndi İŞİD üzərində qələbə nə qədər bayram edilsə də, onun tamamən yox olması bir çoxlarına sərf etmir. Çünki deyildiyi kimi, İŞİD həm də bir çox ölkələrin Suriyada mövcudluğunun səbəbidir. Yeri gəlmişkən, o da məlum olub ki. ABŞ ordusu Suriyanı tərk etsə də, 400 nəfərlik hərbi birləşmə Suriayda qalacaq. Çünki terror təşkilatlarının yenidən qayıtması təhlükəsi var.

İŞİD mövzusunda qeyri-müəyyən vəziyyət hələ də qalır. Yeri gəlmişkən, iki həftə əvvəl ruslar İŞİD-in Əfqanıstanın şimalında “xilafət” elan etməyə hazırlaşdığı haqda xəbər yayıb. Belə görünür ki, İŞİD “kartı” hələ bir müddət aktuallaığını qoruyub saxlayacaq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz