Axtarış...

Azərbaycanlı İŞİD-çilər ailələri ilə birlikdə təslim oldu

Azərbaycanlı İŞİD-çilər ailələri ilə birlikdə təslim oldu

İraqın Telafer şəhərində İŞİD-ə qarşı aparılan əməliyyatlarda terrorçular Peşmərgə qüvvələrinə təslim olub.

Türkiyə vətəndaşı 34 yaşlı İŞİD üzvü Uğur Çardakçının anası Xalidə Çardakçı İraqda öz oğlu o cümlədən 500-ə yaxın türk döyüşçünün ailələri ilə birlikdə Peşmergəyə təslim olduğunu söyləyib.

Bir neçə gün öncə İraq ordusunun Telaferi İŞİD-dən azad etmə əməliyyatlarında 250 terrorçu Peşmərgələ sığınıb.

Təslim olanlar arasında Azərbaycan, Yəmən, Tunis, İraq, Əfqanıstan və Misir vətəndaşı olan terrorçular da var. Onlar ailə üzvləri ilə birlikdə təslim olub. /unikal.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz