"Türk rejimi öncə Nusra, daha sonra İŞİD və bu gün ABŞ illə bölgənin neft satışı məsələsində birbaşa rol oynayır”.
Publika.az xəbər verir ki, bunu Suriya rejiminin başçısı Bəşər Əsəd deyib.
Çinin "Phoenix” televiziyasına danışan Əsəd ABŞ-ın Fəratın şərqindəki quyulardan çıxan nefti oğurlayıb Türkiyəyə satdığını iddia edib: "Amerikalıklar İŞİD gəlib bölgəni ələ keçirmədən əvvəl, daha doğrusu, bölgədəki qüvvələri İŞİD-lə birləşmədən öncə həmin neft quyuları Nusra cəbhəsi tərəfindən istifadə edilirdi. Onlar nefti Türkiyə vasitəsilə satırdılar. İndi də AVŞ bölgədəki nefti oğurlayıb Türkiyəyə satır”.