Suriya Demokratik Qüvvələri" tərəfindən İŞİD-dən azad edilən Suriyanın şimal-şərq bölgələrinin sakinləri vətəndaş müharibəsinin nizamlanması prosesində iştirak etməlidirlər.
Millitv.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.
"Suriya münaqişəsinin davamlı nizamlanmasına nail olmaq üçün BMT və tərəfdaşlarımızla birgə çalışmaqda davam edəcəyik. Davamlı nizamlanma bütün suriyalıların, o cümlədən Suriyanın İŞİD-dən azad olunmuş şimal-şərq bölgələrinin sakinlərinin tam təmsil edilməsini nəzərdə tutur", - M.Pompeonun bəyanatında bildirilir.
Pompeonun bəyanatı Suriyanın Daşiş yaşayış məntəqəsinin "Suriya Demokratik Qüvvələri" tərəfindən azad olunması ilə əlaqədar yayılıb.
Əsasən kürd silahlılarından ibarət "Suriya Demokratik Qüvvələri" ABŞ tərəfindən aktiv dəstəklənir.