Axtarış...

Arzu Rəhimovun üç kadrına bir ittiham - Belə deyirlər...

Arzu Rəhimovun üç kadrına bir ittiham - Belə deyirlər...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi, general Arzu Rəhimov bu vəzifəyə gələndən kadrları haqda təqdir olunan məlumatlara rast gəlinmir

Xatırladaq ki, gah Cəlilabadın keçmiş komissarı, hazırda qurumun Daxili Təhqiqatlar İdarəsi rəisi olan Həsrət İsmayılovun o zaman cibindən 60-70 min xərcləyərək komissarlığın binasını təmir etdirməsi, gah Salyanın komissarının hərbi bilet düzəltməyə 3 min manat istəməsi, gah da Qazax komissarının Gəncəyə rəis təyin olunmaq üçün məhkəmədə 180 min manat verdiyini açıqlaması bu qurumun imicini darmadağın edib.

A.Rəhimovun rəhbərliyi altında bu sahədə şəffaflıq yaradılacağı, islahatlar aparılacağı haqda miflər alt-üst oldu, blefdən başqa bir şey deyilmiş və Xidmətin regionlardakı komissarlıqları ənənəvi sistemi saxlayaraq hərbi xidmətə çağırışda rüşvətxorluğu davam etdirirlər.

Bu günlərdə işdən sonra çıxarıldığı xəbəri yayılan Qazaxın rəisi açıq şəkildə bəyan etdi ki, 180 min verərərk Gəncənin komissarı olmaq istəyib, alınmayanda pulu qaytarılıb, sonra necə olubsa Masallıdan Qazaxa komissar göndərilib. Deməli, “alınıb”.

Ümumiyyətlə, son vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Salyan rayon idarəsində yaşanan biabırçılıqlarla bağlı da dövrü mətbuatda məqalələrin ardı-arası kəsilmir. Belə bir “bezpredel” vəziyyətin əmələ gəlməsinə səbəb olan amillərdən ən əsası, vəzifə sahibi olan bir çox şəxslərin şəxsi maraqlarının təminatı yöndə lazımi addımlarını atmalarıdır.

Məsələn, Salyan rayonu, Taleh Bağırzadə küçəsi ev-50 ünvanda yaşamış “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olan Tağıyev Nuramin Rza oğlunun valideyinləri müraciətlərini xezerpress.az saytına çatdırmışdılar.

Onlar yazmış olduqları müraciətlərində qeyd edirlər ki, “övladımız Nuramin Tağıyev 10 may 2000-ci il tarixdə anadan olub və onun sağ ayağının alt hissəsi anadangəlmə düzdür. Həkim müayinəsi zamanı ayağındakı problemlə bağlı ona 2 (qeyri-kafi), gözündəki problemlə bağlı 3 (kafi), ürəyindəki yırtıqla bağlı isə 3 (kafi) qeydiyyatı yazdılar. Övladımızdakı belə bir problemlərin varlığına və rəhbərliyin, hərbi həkim komissiyası üzvlərinin əmələ gələnlərlə bağlı ətraflı xəbərdar olmalarına baxmayaraq, Nuramini bu ilin 4 iyul günü SHXÇDX, Salyan rayon idarəsindən həqiqi hərbi xidmətə göndərdilər.

Arzu Rəhimovun rəhbərlik etdiyi bu qurumda övladımızı “komsovat” etmək üçün, ilk əvvəl bizdən 3 (üç) min manat “haqq-hesab” istədilər. Maddi imkansızlıq ucbatından həmin məbləği düzəldib onlara verə bilmədik, o halda Nuramini hərbi xidmətə “yararlıdır” adı altında göndərdilər.

Artıq həmin vaxtdan iki aydan bir qədər çox vaxt keçib. Elə ki, “N” saylı hərbi hissədə xidmətdə olan övladımızın görüşünə gedirik, o, daim ayağındakı, gözündəki və ürəyindəki problemlərindən şikayətlənir”.

Xatırladaq ki, bir müddət əvvəl Füzuli rayon Horadiz Şəhəri Q.Namazəliyev küçəsi ev 3 m 14 də yaşayan,mcburi köçkün İsmayilov Anar Süleyman oğlu tərəfindən məktubda Arzu Rəhimov və kadrlı ifşa olunmuşdu.

Sitat: “Bugünləri Arzu Rəhimov və onun müavini olan Zaur Abdullayev məni məhkəmə və digər orqanlarla təhdid edillər,mən müraciətlərimə son qoyum,yoxsa məni tutduracağlar.Başa düşmədim Cənab Prezidentimizə müraciət etmək cinayətdir.

Əvvala mən bilmirəm Arzu Rəhimova kim himayyə edir, mənim Cənab Prezidentim var haqqada, ədalətədə düzgün qərar verir. Arzu Rəhimov məni tutura bilərsən təyziqdə edə bilərsən, yalnız mənim müraciətdərimə baxılsın ondan sora dediyinizi həyata keçirə bilərsiniz. Bugünləri söz sahibi ola bilərsiniz, istədiyinizi gücünüzlə pulunuzla edə bilərsiniz?

Cənab Prezident il yarımdı müraciət edirəm, məni aldadıllar, bu gün sabah deyib şəxsi mənafeyin qoruyan Arzu Rəhimov günü günə satır.

Səfərbərlik Xidmətinin ştatdan kənar olan Əli Kərimlinin vaxtı ilə sağ əli olan QHT üzvü olan Emin Həsənli kadırlar məsələsinə şəxsən nəzarət edir.

Emin Həsənli kimdir dəqiq araşdırmalar aparılsa bilinər ki kimdi və nəyə kimə qulluğ edir.İki gündən bir Arzu Rəhimovla bir yerdədir, Səfərbərlik xidmətinin invertarları, misal üçün A 4 Vərəqləri (bazar qiymətindəndə artığ yazıllar) yer saldırmaları bir başa nəzarət edir”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2011-ci ildə yaradılıb. Dövlət xidmətinin yarandığı gündən indyə qədər yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları ilə daima gündəmdə olub.

Arzu Rəhimovun rəhbərlik etdiyi qurum mövcud olduğu dövr ərzində həm də öz “sehrbazlığı”, fövqəladə qabiliyyətləri ilə seçilib. Belə ki, xidmət əməkdaşları istənilən sağlam, orduya yararlı, pəhləvan cüssəli, şir ürəkli, polad biləkli gənci xidmətə yararsız, el diliylə desək “neqodnıy” çıxarda bilər.

Eyni halın əksi də baş verə bilər, yəni xidmətə yarasız olan gənc ön cəbhədə əldə silah vətəni qoruya bilər. Bunun üçünsə çox yox, cəmisi iki şey vacibdir: Birincisi vətənə, dövlətə məhəbbət hissini itirmək

İkincisi isə pula olan sevgini artırmaq lazımdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərlik etdiyi qurumda cərəyan edən özbaşınalıqlar barəsində ilginc məlumatlar daxil olub.

Verilən məlumatlarda dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar öz əksini tapıb.

Məlumatlarda göstərilir ki, 2016-cı il dövlət büdcəsində "Müdafiə”bölməsinin "Müdafiə Qüvvələri” köməkçi bölməsinin "Ordu və donanma” paraqrafı üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait mənimsənilib.

Daxil olan informasiyada göstərilir ki, SHXÇDX-ə 2016-cı il üçün büdcədən 20 milyon 189 min 929 manat pul ayrılıb.

Bu vəsaitin yarıdan artığı, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Maraqlı məqam sənəddə yer alan ikinci əmək haqqı bölümü ilə bağlıdır. Belə ki, ştatdankənar işçilərin əmək haqqı məbləğı 22 min 500 manat qeyd edilib.

Həmçinin məlumatlarda göstərilir ki, Arzu Rəhimov hərbi komissarlıqlarda geyim biznesi qurub. Generalın hərbi komissarlıqlarda xidməti uniformaları satışa çıxardığı bildirilir. Dövlət tərəfindən komissarlıq işçilərinə pulsuz paylanmalı olan uniformalar A. Rəhimovun planına əsasən pulla satılır. Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən böyük gəlir əldə edir.

Amma qeyri-rəsmi və gizli şəkildə həyata keçirilən bu əməliyyata görə heç kəs şikayət edə bilmir. Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər. Rəhimovun uniformalarla yanaşı komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia edilir.

Həmçinin SHXÇDX-ninrayon şöbələrində hökm sürən özbaşnalıqlar barəsində də məlumatlar verilir. Göstərilir ki, qurumda formalaşan korrupsiya piramidasının əməlləri yuxarı dairələrdə ciddi narahatçılıq yaradıb. Odur ki, SHXÇDX-də ciddi struktur dəyişikliklərinin olacağı gözlənilir. Bu zaman bir çoxlarının ciddi cəzalandırılacağı da gözlənilir.

Hər halda ordu quruculuğunda mühüm strateji məqam olan səfərbərlik idarəsində müşahidə olunan xırda nöqsan belə böyük təhlükəyə gətirib çıxara bilər ki, bu da baş verənlərin, iddia olunan faktların "yuxarılar" tərəfindən ciddi şəkildə təftişini, qiymətləndirilməsini zəruri edir. \\azerinfo.az\\
Text-to-Speech

DİNLƏ






Şərh yaz