Axtarış...

Bu da Arzu Rəhimovun yeyintisi... - İTTİHAM

Bu da Arzu Rəhimovun yeyintisi... - İTTİHAM


Azərbaycanda hərbi xidmətə çağırış sistemi və çağırışçıların hüquqları ilə bağlı xeyli sayda problemlər mövcuddur.

DİA.AZ bildirir ki, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun apardığı araşdırmada qeyd olunub.

Xatırladılıb ki, hərbi xidmətə çağırış sistemindəki dəyişiklik ciddi müsbət dəyişiklik yaratmayıb.

“Birbaşa prezidentə tabe olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adlı qurum (2011) yaradıldı ki, bu qurum, hərbi xidmətə çağırışı həyata keçirir. Amma çağırış prosesi əvvəlkitək şəffaf deyil. “Püşkatma”dan başlamış xidmət yerlərinə paylaşılma prosesinin nə dərəcədə qanuna uyğunluğu ilə bağlı ciddi şübhələr var. Belə ki, müxtəlif məlumatlara görə, hərbi xidmətə çağırış sistemində korrupsiya və rüşvət mexanizmləri hələ də işləyir”.

Araşdırmada bildirilir ki, rüşvətlə müəyyən hərbi hissələrə “düşmək” olur.

“Əvvəllər bu, mərkəzləşdirilmiş qaydada idi. İndi isə bölgələrdə – hərbi hissələrin bölüşdürmə məntəqələrdə həyata keçirilir”.

Araşdırmada həmçinin hərbi xidmətə çağırış prosesində həkim komissiyalarının fəaliyyətinə də toxunulub və qeyd edilib ki, burada da problemlər qalmaqda davam edir.

“Hərbi xidmətə yararsız hesab edilməyə əsas verən xəstəliklər, fiziki uyğunsuzluqlar və s. barədə indiyə qədər ictimaiyyətə məlumat verilməyib. Bu sənəd əsassız olaraq cəmiyyətdən gizli saxlanılır”.

Hərbi xidmət dövründə verilən müxtəlif rəsmi ödəmələrə gəlinsə, araşdırmada bildirilir ki, bu çox azdır.

“Əsgərlər orta hesabla 40-100 manat aylıq ödəniş alırlar. Bu da onların ehtiyaclarına bəs etmir. Eyni zamanda gənc əsgərlərin ailələri hərbi xidmət dövründə çətinliklərlə üzləşirlər. Əgər çağırışçıların övladları varsa onlara dövlət tərəfindən çox çüzi yardım verilir. Ümumilikdə bu, kifayət deyil”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu Milli Məclisin ordu mövzusundan kənarda qalmasının xeyli problemlər doğurduğunu vurğulayıb.

“Tenderlərin keçirilməsində ciddi korrupsiya halları baş verir. Nəticədə hərbi qulluqçuların təminatında problemlər yaranır. Hərbi çağırış və onun həyata keçirilməsi ilə bağlı müxtəlif qanunlar olsa da, sırf hərbi çağırışçıların hüquqlarını qoruyan xüsusi qanunvericilik yoxdur”.(DİA.AZ)
Text-to-Speech

DİNLƏ






Şərh yaz