"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun mövqeləri yetərincə sarsılıb və yaxın günlərdə qeyd olunan postda dəyişiklik baş tuta bilər". Bunu DİA.AZ-a açıqlamasında bildirən mötəbər mənbə əlavə edib ki, son zamanlar xidmət rəisinin fəaliyyəti ilə bağlı davamlı şikayətlərin ictimailəşdirilməsi öz effektini verib.
Mənbənin dia.az-a söylədikləri: "Əslində Arzu Rəhimov hərbi komissarlıq sisteminin ləğvindən sonra özünün fəaliyyəti ilə də yerində olmayan bir kadr təəssüratı yaratmışdı. Amma onun himayədarları generalı bu günə qədər qorumağa müəvvəfq oldular. İndi isə tamam fərqli situasiya yetişib. Dəngələr dəyişir və belə bir şəraitdə yeni sistemə ayaq uydura biləcək, daha çevik addımlar atan bir rəhbərə ehtiyac var.
Çünki hər an müharibə başlaya bilər. Regionumuz göründüyü kimi qaynayır. Azərbaycanın da müvafiq qurumları baş verənləri yaxşıca təhlil edərək, istənilən prosesə tədarük görməkdədir. Belə bir durumda isə Zakir Həsənov kimi bir Müdafiə Nazirinin yanında ordumuzu əsgər potensialı ilə təmin edən nüfuzlu kadra ehtiyac var. Arzu Rəhimov isə tələb olunan kriteriyalara cavab vermədəyindən, habelə onun idarəçiliyinin narazılıqlar yaratması səbəbindən barəsində gediş qərarının verilməsi an məsələsidir".
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... DİA.AZ