Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə və idarələrində hökm sürən acınacaqlı vəziyyət haqda mediada xeyli yazılar dərc olununb. Bu qurumun yerli şöbə və idarələrində hökm sürən acınacaqlı vəziyyət göz önündədir. Dörd ildən artıq bir zamanda fəaliyyət göstərməsinə baxmayaraq xidmət özünü doğrultmağı bacarmadı. Xidmətə bəslənən ümidlər böyük olsa da, qarşıya qoyulan tapşırıqların əksər hissəsi icra edilməmiş qaldı.
Azerinfo.tv bildirir ki, bir müddət əvvəl rüşvət faktları ilə bağlı bu sistemdə kütləvi həbslər oldu. Satlı, Binəqədi və daha neçə rayonun hərbi komissarları dəmir barmaqlıqlar arasına düşdülər. Ancaq rüşvəti yenə yığışdırmaq mümkün olmayıb.
Son zamanlar SHXÇDX-nin Beyləqan rayon idarəsinin rəisi Şirvan Xasıyev də hərbi çağırışla əlaqədar olaraq xeyli fəallaşıb: «O bir neçə ay əvvəl idarəyə rəis təyin edilib. Özünü iş görən, rüşvət götürməyən biri kimi göstərən Xasıyev əslində qanunsuz işlər törədir. Belə ki, o özünə yaxın işçilərindən birini hərbi çağırışçıları «maarif»ləndirməyə ayırıb. Yəni hansı gənc möhlət hüququ, yaxud «niqodnıy» hərbi bilet almaq istəyirsə, idarə rəisinin adamı şərtləri ona başa salır. Məsələn, çağırışçı bir «otpravka» möhlət hüququ almaq istəyirsə, bunun müqabilində rəisə 400-500 dəfə «təşəkkür» etməlidir. Yaxud kim hərbi xidmətdən ümumiyyətlə yayınmaq istəyirsə, o zaman «təşəkkür»ün sayı 5000 dəfəyə kimi artır. Xasıyev idarəyə rəis keçdikdən sonra köhnə rəhbərliyin dövründə hərbi xidmətə yararsız hesab edilən şəxslərin sənədini qaldırmağa başlayıb. Təbii ki, həmin şəxslərin arasında pulla yararsız hərbi bilet alanlar var. Amma elələri də var ki, həqiqətən də, sağlamlıqlarında problem var və onlar hərbi xidmətə yararsızdır. Xasıyev həmin şəxsləri idarəyə çağırıb. Bu şəxslər hərbi xidmətə getməmək üçün rəis nə deyirsə, onu da etməlidir. Deyilənə görə, idarə rəhbəri «niqodnıy» hərbi bileti olanlardan 400 manat istəyib. Pulla hərbi bilet alanlar rəisin istədiyini verməyə məcburdurlar. Əks halda, idarə rəhbəri onları hərbi xidmətə göndərə bilər.
Şirvan Xasıyevin rayon rəhbərliyi ilə arasının soyuq olduğu deyilir. Beyləqan icra hakimiyyətinə zatən onunla bağı kifayət qədər şikayətlər daxil olub. Və buna görə Xasıyevə zəng edilib ki, rayonda vətəndaşları dövlətdən incik salmasın. Əvəzində Xasıyev icra başçısından başqalarının əli ilə mediaya kompromatlar ötürməyə başlayıb.
Digər tərəgdən Şirvan Xasiyevin SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimova hal-hazırda savaş açan kapitan Anar İsmayıovla yaxın olduğu deyilir. Bu haqda daha ətraflı tam araşdırmadan sonra məlumat verəcəyik. Qarşı tərəf mövqeyini bildirə bilər.
Obyektiv.info