Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik şöbəsindən şikayətlərin ardı arası kəsilmir. Azərbaycanın bəzi rayonlarında da mövcud olan bu hal müharibə şəraitində olan bir ölkənin sağalmayan yarasına çevrilib. Yerli komissarların fəaliyyəti korrupsiyaya bulaşma faktları cəmiyyətdə ikrahla qarşılanır. Lakin nədənsə bu faktlarla bağlı olaraq qurumun birinci şəxsi Arzu Rəhimov heç bir tədbir görmür. Bu hüsusda sosial şəbəkədə Lerik sakini öz profilində məlumat yayıb.
"O bildirib ki, neçə vaxtı hərbi komisarlığa ayaq döyürəm ancaq mənim xəstə uşağımın sənədin ala bilmirəm. Komisar və işçiləri məni ged-gələ salıblar. Dəfələrlə komisarın işçisi leytinant Hacıyevlə görüşümə baxmayaraq problem həllini tapmamışdır. Çünki onlar istədiyi şirinliyi verməyə gücüm çatmır..."
Daha sonra məlumatda bildirilir ki, SHXÇDX-nin Lerik rayon şöbəsində qanunsuzluqlar baş alıb gedir. Şöbənin rəisi təyin olunandan sonra qanunsuzluqlar daha da geniş vüsət alıb. Həqiqi hərbi xidmətə yararlı olan gəncləri öz maddi maraqları naminə ordudan yayındırlar . İmkanı olan şəxslərin uşaqları təkrar tibbi müayinədən keçmək üçün bildirişə 300 manat alaraq MRX-na, imkansızlar isə Bakı səhərində yerləşən hərbi hospitallara göndərilir. Buda rayon hərbi komisarlığında şıdırığı rüşvət yığımına əyani sübutdur. İddiaya görə. şöbə rəisinin "sağ əli" adlanan İsmət Hacıyev komisarlıqda həll oluna biləcək və bilməyəcək işləri həyata keçirərək özünə eləcədə rəhbərinə sərvət toplamaqla məşğuldu. Deyilənə görə hətta İ.Hacıyev bəzi hallarda təkrar tibbi müayinədən keçmə vaxtı gələnlərin evinə qədər gedərək, komisarlığa gəlmələrini, yoxsa ciddi tədbir görüləcəyini komisarın adından bildirir. Buna nümunə olaraq yaxın aylarda İ.Hacıyev birinci dəfə təkrar tibbi müayinədən keçməyə çağrılan yerli sakindən 350 azn verərsə məsələ yerindəcə həll tapacağının bildirildiyi söylənilir.
Daxil olan bir digər məlumatda isə vurğulanır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik şöbəsinin rəisinin bir başqa qazanc yeri hərbi bilet “biznesidir”. Beləki, uşaqlarını hərbi xidmətdən yayındırmaq istəyən valideynlərlə danışıqlara gedən hərbi komissarın pulyığanı deyilən leytinat İ.Hacıyev bunun müqabilində 3-4 min manat vermələrini komisarın adından deməyə belə çəkinmir. Hətta İ.Hacıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavininin yaxın qohumu olduğuda özü tərəfindən söylənməkdədir...
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Xeberfakt.az