Axtarış...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində TƏMİZLƏMƏ - 3 şöbə və 2 idarə rəisi işdən çıxarılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində TƏMİZLƏMƏ - 3 şöbə və 2 idarə rəisi işdən çıxarılıb

Mayın 8-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar qurumun aparatının, eləcə də yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə müşavirə keçirilib.

Bu barədə "Report"a Dövlət Xidmətindən məlumat verilib.

Aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışın yekunları, ulu öndər Heydər Əliyevin banisi olduğu müasir, müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ay ərzində həyata keçirilən tədbirlər təhlil edilib.

Xidmət rəisi, general-leytenant Arzu Rəhimov müşavi­rədə aprel çağırışının yekunlarına, Xidmət tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi ilə çıxış edib. İdarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib.

Müşavirə iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə cəlb edən general-leytenant Arzu Rəhimov Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işi­nin təşkili, və­tən­daş­ların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli hə­qiqi hərbi xid­mətə çağırılması, gənclərin hərbi vətən­pər­vər­lik ruhunda tərbiyə olun­ma­sı istiqamətində həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xidmətin qarşısında qoyduğu tapşırıqlar tutduğu vəzifədən asılı olmayaraq, bütün şəxsi heyəti daha səylə xidmətə səfərbər edir. Elə bunun nəticəsidir ki, hər bir zabit, gizir, qulluqçu xidməti fəaliyyətinin yüksəldilməsi istiqamətində əlindən gələni əsirgəməməlidir. Xidmət rəisi ilk növbədə Azər­baycan Respublikası­nın Prezidenti İlham Əliyevin Ali Baş Koman­danlığı altında son illər ərzində SHXÇDX-də əldə edilən nəticələri qeyd edib. Bildirib ki, həyata keçirilən uğurlu islahatlar nəticəsində bütün sahələrdə olduğu kimi SHXÇDX-də idarəetmə müasir dövrün tələblərinə uyğunlaşdırılır. Xidmətin peşəkar kadrlarla komplektləşdirilməsi, maddi-texniki imkanlarının genişləndirilməsi istiqamətində əsaslı işlər görülür.

Xidmət rəisi vətəndaşların qə­bulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsinin zəruriliyini qeyd edib. Vurğulayıb ki, hər bir hərbi qulluqçu, mülki əməkdaş vətəndaşların problemlərinə qayğı ilə yanaşmalı, öz davranışı, işi, mədəniyyəti ilə nümunə göstərməlidir.

Müşavirədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib. Şəxsi heyətin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməsinin, hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməsinin zəruriliyi vurğulanıb, həlli vacib məsələlərlə bağlı konkret qərarlar qəbul edilib.

Müşavirədə kadr dəyişiklikləri həyata keçirilib. Xidmətin Bakı şəhəri Sabunçu və Suraxanı rayon idarələrinin, Cəlilabad, Ağcabədi və Gəncə şəhərinin Nizami rayon şöbələrinin rəisləri tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüblər.

Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verərək bildirib ki, qurumun hər bir əməkdaşı bundan sonra da üzə­rinə düşən və­zifələrini şərəf və ləya­qətlə yerinə yetirməlidir
Text-to-Speech

DİNLƏ






Şərh yaz