Axtarış...

Cəlilabadda yerində olmayan kadr... - İTTİHAM



Respublikamızda ötən müddətdə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi çağırış və səfərbərlik resurslarını tənzimləyən mexanizmin yaradılmasını da ortaya qoymuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tebeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan MR Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş, onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Ötən 8 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı tədbirlər görülmüş, səfərbərlik hazırlığı və çağırış işinin təşkili, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdiril-məsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir.
Təəssüf ki, bəzi kadrlar bu islahatlar və realllqla barışmayaraq köhnə idarəçilik düşüncəsini beyinlərində saxlayıblar. Bu sırada xidmət rəisinin ikinci dəfə etimad göstərdiyi şəxslər xüsusilə diqqət çəkir. Bir müddət öncə “köhnəliyin nümunəsi” kimi sərəncama göndərilən, sonradan Baş İdarədə işə götürülən, indi isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi postuna təyinat alan polkovnik-leytenant Nizami Nəbiyevin artıq qısa müddətdə mənfi mənada özünü göstərməsi haqda cumhuriyyet.az olaraq yazmışdıq. İndi isə Səfərbərlik və Həqiqi Xidmət Üzrə Cəlilabad rayon şöbəsi haqda redaksiyamıza yeni faktlar daxil olub. Belə ki, yerli mənbələrin məlumatına və sosial şəbəkədə yayılan informasiyaya görə, Xidmətin Cəlilabad rayon şöbəsinin həkim komissiyanın sədri Vüqar Mirzəyev Nizami Nəbiyev üçün “qara kassa” rolunu oynayır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bir müddət öncə uzun müddət hərbi xidmətdən yayınan və buna görə axtarışda olan Cəlilabad rayon Hamarqışlaq kənd sakinin Astanov Mais Əzizağa oğlu N.Nəbiyev və V.Miriyev birliyinin sayəsində özü ölkədə olmadan hərbi bilet əldə edib. Bu fakt yalnız çağırışçının xidmətdən yayındırılması baxımından deyil, dövlət sənədlərində saxtakarlıq edilməsi baxımından da ağır cinayətdir. Digər bir məlumatda isə, Cəlilabad rayon Mirzəli kənd sakinini Ata müəllim oğlu heç bir komissiyadan keçmədən təkrar yararsızlığı haqda sənəd alması ilə bağlıdır.
Biz cumhuriyyet.az olaraq hər zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun rəhbərliyinin fəaliyyəti ilə bağlı xüsusi diqqət və həssaslıq göstərmişik. Bunun başlıca səbəbi Xidmətin dövlət üçün strateji bir məqam olmasıdırsa, digər səbəb Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin rəisi Arzu Rəhimovun fəaliyyətinə göstərilən rəğbətdir. Ancaq yuxarıda göstərilən olaylar və buna şərait yaradan kadrlar görülən işlərə kölgə salır. Ümid edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi polkovnik-leytenant Nizami Nəbiyevin fəaliyyəti yoxlanacaq və lazımi tədbirlər görüləcək.
cumhuriiyet.net
Text-to-Speech

DİNLƏ






Şərh yaz