Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış Üzrə Cəlilabad rayon şöbəsinin rəisi Nizami Nəbiyev ətrafında hadisələr səngimək bilmir.
Dosye.org-a daxil olan son məlumatlara görə, şöbə rəisinin yaş həddi onun xidmət etməsinə imkan vermir. Belə ki, hərbi qulluqçuların(Polkovnik-leytinantın) son yaş həddi 48 olduğu halda, Nizami Nəbiyev 53 yaşında güya dövlətə xidmət edir. İşlədiyi dövürdə saxtakarlığı və digər qanundan kənar işləri ilə mediada tənqid atəşinə tutlan şöbə rəisi hazırda iş başındadır. Sual yarana bilər ki, düşmən maraığına xidmət edən bir şəxs hansı müsbət xidmətlərə görə vəzifədə saxlanılır?
Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış Üzrə rayon şöbələrinə diqqət yetirdik də, şöbə rəislərinin yaş həddi imkan verir ki, onlar dövlətə və vətənə xidmət etsinlər. Lakin yuxarıda adı hallanan şöbə rəisinin, kim və kimlər tərəfindən qorunduğu məxfi olaraq saxlanılır. Mənbəmiz iddia edir ki, hərbi qulluqçular şənbə və bazar qarnizonu tərk edə bilməz. Yəni, müharibə şəraitində yaşayan bir ölkə də səfərbərlik olarsa, səfərbərliyə kimin nəzarət etdiyi isə şübhə altına düşür. Əfsuslər olsun ki, Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış Üzrə Cəlilabad rayon şöbəsinin rəisi Nizami Nəbiyev dövlət qanunlarına saymazyana yanaşaraq, qarnizonu tərk edərək birbaşa şəxsi “Tayota Prado” markalı avtomobili ilə Bakı şəhərinə istiqamət götürür. Qeyd edilən fakt müşahidə kameralarında da öz təsdiqini tapa bilər.
“Şantajçı- polkovnik” kimi ad qazanan N. Nəbiyevin əməlləri bununla bitmir. Ötən yazılarımızda şöbə rəisinin axtarışda olan Cəlilabad rayon sakininə hərbi bilet satdığını və hərbi hissələrə yararsız gəncləri göndərdiyi haqda məlumat vermişdik. Reallıq ondan ibarətdir ki, hərbi hissələrə sağlam və hərbi qulluğa yararlı gənclər cəlb edilməlidir. Baş verən olaylarda cinayət əməli olduğu üçün Hərbi Prokurorluğa rəsmi məktubda ünvanlanıb.
Araşdırmalarımız davam edir.
DOSYE.ORG