Axtarış...

Putinlə razılaşdıq: onları bölgədən çıxaracağıq - Ərdoğan

Putinlə razılaşdıq: onları bölgədən çıxaracağıq - Ərdoğan

Soçidə dəyərli dostum, Rusiya Prezidenti Vladimir Putinlə baş tutan görüşümüzdə Suriyada mümkün bir humanitar böhranın qarşısının alınması ilə bağlı əhəmiyyətli bir razılıq əldə etdik. Türkiyə Suriya böhranının əvvəlindən etibarən qonşu ölkədəki vəziyyətin dərinləşməməsi üçün səy göstərən və bütün imkanlarından istifadə edən bir ölkə kimi bütün dünyaya ixtilafın tərəfləri ilə görüşlərdə iştirak etməyə böyük önəm verdiyini göstərmiş oldu. Rusiya bu prosesdə birlikdə çalışdığımız başlıca ölkələrdən biridir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Kommersant” nəşrinə müsahibəsi zamanı deyib.

“Son zamanlarda Rusiya və İranla birlikdə həyata keçirdiyimiz Astana formatı 8 ildir davam edən Suriya böhranının həlli üçün zəmin hazırlamış oldu. Bu problemin həll edilməsi üçün bir çox şey etdik. Fikirlərimiz və mövqelərimizdə fərqliliklər olsa da, biz bu fərqlilikləri deyil, ortaq zəmin nöqtələrini ortaya qoymağa çalışırıq. Mən bu əməkdaşlığın gələcəkdə də aktiv şəkildə inkişaf edəcəyinə inanıram. Soçidə İdliblə bağlı keçirilən görüşdə müxaliflər və rejimin nəzarət etdiyi bölgələrin arasında silahlardan təmizlənmiş bölgə yaradılmasına qərar verdik. Müxaliflər olduqları yerdə qalmağa davam edəcəklər. Rusiya ilə birlikdə müəyyən edəcəyimiz radikal qrupların bu bölgədə olmamalarını təmin edəcəyik”, - Ərdoğan bildirib.

Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz