Sosoial şəbəkədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölüm xəbəri yayılıb.
Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay sözügedən xəbəri təkzib edib və şayiə olduğunu söyləyib.
O bildirib ki, dövlət başçısı məzuniyyətdədir: "Bu xəbərlər həqiqətə uyğun deyil. Prezidentimiz hər il olduğu kimi məzuniyyətdədir. Onun bu müddətdə olmaması bu cür fərziyyələr üçün əlverişli zəmin yaradır".
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın 65 yaşı var.