Axtarış...

“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi



“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi
10:11 241

“Rusiya Prezidenti Vladimir Putin gələn ilin yanvar ayında Türkiyəyə səfər edəcək”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib.

Kalın bildirib ki, səfər çərçivəsində Türk Axını boru kəmərinin açılışı olacaq, bölgədəki vəziyyət və ikitərəfli münasibətlər müzakirə ediləcək.

Suriya-Türkiyə sərhədində birgə patrul xidmətinin davam edəcəyini bildirən dövlət rəsmisi qeyd edib:

“Hələ də Qamışlı və Ayn əl-Ərəbdə YPG terrorçuları var. Son telefon görüşündə Ərdoğan qəti şəkildə bu barədə Putinə bildirdi. Rusiya tərəfi indiyədək bölgədən 34 min terrorçunun çıxdığını iddia edir. Lakin bunu indiyədək təsdiq edə bilməmişik. Bunu da bir çıxma prosesi kimi qiymətləndiririk.

Rusiya tərəfindən 30 kilometr dərinliyədək Serablusdan İraq sərhədlərinə qədər bufer zonanın qurulması üçün daha çox səy gözləyirik”.

İbrahim Kalın YPG terrorçularının mülki geyimdə Suriya ordusu və əhalinin içinə qarışdığını deyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz