Axtarış...

Ukraynadan Azərbaycana göndərilən pulun həcmi açıqlandı

Ukraynadan Azərbaycana göndərilən pulun həcmi açıqlandı

2018-ci ilin birinci yarısında pul köçürmələri sistemləri vasitəsilə Ukraynadan Azərbaycana yeddi milyon dollar daxil olub.

Millitv.Az virtualaz.org-a istinadən bildirir ki, Ukrayna Milli Bankının pul köçürmələri üzrə statistik məlumatlarında belə deyilir.

Bu göstəriciyə görə Azərbaycan Ukraynadan ən çox pul alan ölkələrin beşliyinə düşüb. İlin birinci yarısında Ukraynada 35 pul köçürmə sistemi işləyib.

Hesabat dövründə bu ölkədən göndərilən 140 milyon dollar vəsait aşağıdakı qaydada bölünüb: Rusiya (38%), Gürcüstan (9%), Çin (6%), Azərbaycan (5%), Özbəkistan (4%).
Text-to-Speech

DİNLƏ






Şərh yaz