Axtarış...

Amma şüarlarında müştəriyə faydalarını qeyd edirlər... - GİLEY



Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Bank Respublikanın Almaniyadan ona göndərilən 20 avro üçün 12.40 avro çıxmasından şikayət edib.
“Yeni Sabah” xəbər verir ki, hüquqşünas Feysbuk hesabında 20 avro üçün bu qədər pulun tutulmasına etiraz edərək, bankın bu addımını soyğunçuluq adlandırıb:

“Bank Respublika müştərilərinin nəzərinə! Avropadan avro köçürmələri alanda ehtiyatlı olun.

Almaniyadan bank hesabından mənim hesabıma 20 avro pul göndərdilər. Alman bankı məndən bu pulun çatdırılması üçün cəmi 18 sent çıxdı və qalan 19,82 avronu çatdıracağını bildirdi. Bank Respublika isə transfer üçün həmin məbləğdən nə az, nə çox tam 12.40 avro pul çıxdı və mənə 7.40 avro çatdı”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz