Axtarış...

Təşkilatçı Röyaya 30 min dollar pul atıb

Təşkilatçı Röyaya 30 min dollar pul atıb

Əməkdar artist Röya Ayxanın Moskvada baş tutan konsertinin pulu ödənməyib.

Millitv.az axşam.az-a istinadən xəbər verir ki, Röya bu barədə müğənni-bəstəkar Murad Arifin "Popumuz var" layihəsində məlumat verib.

"Moskva konsertinin pulunu götürmədim ki, hesabımıza köçürsünlər, istirahətə gedəndə istifadə edərik. Üç ay sonra hesaba baxıblar ki, Samirə Zeynalova pulu ödəməyib. 30 min dollar pul idi. Lakin fikirləşdim ki, o da qadındır. Gedib öldürəsi deyiləm ki?" deyə, Röya söyləyib.

Qeyd edək ki, Samirə Zeynalova "Azstudia" adlı şirkətlə Moskvada konsertlər təşkil edir. Onun bir çox müğənni ilə pul məsələsində problemləri olub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz