Axtarış...

AMB: Ölkədən çıxarılan pul baratlarının həcmi 19% artıb



Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1,1 mlrd. ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə daxilolmalar 761,3 mln. dollar, ödənişlər isə 366,9 mln. dollara bərabər olub.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3%-i isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 13,7% azalaraq 692,8 mln. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 18,9% artaraq 311 mln. dollar olub. Nəticədə pul baratları üzrə 381,8 mln. dollar müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 394,4 mln. dollar (ötən ilin müvafiq dövrünə nisbətən 28,4% azalma) təşkil edib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz