Axtarış...

QSC-də Əlirza Süleymanov erası bitir - onun yerinə Ukraynadan kadr gətirilir

QSC-də Əlirza Süleymanov erası bitir - onun yerinə Ukraynadan kadr gətirilir

“Azərbaycan Dəmir yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov ciddi kadr dəyişikliklərinə hazırlaşır. Quruma rəhbər təyin edildiyi qısa zaman kəsiyində kifayət qədər uğurlu islahatlara imza atan C.Qurbanov artıq fəaliyyəti ciddi narazılıq doğuran bir sıra kadrlarla vidalaşmaq qərarı verib.

Məlumatlı mənbənin Editor.az-a verdiyi məlumata görə, Cavid Qurbanovun yollarını ayırmağa hazırlaşdığı şəxslərin sırasında ilk pillərdə “Azərbaycan Dəmir yolları” QSC sədrinin I müavini Əlirza Süleymanov gəlir. İndiyədək adı mətbuatda bir sıra qalmaqallarda hallanan və 1997-ci ildən etibarən Dəmir Yollarında rəhbər vəzifələrdə çalışan Əlirza Süleymanovu əvəz edəcək kadr da artıq hazırdır.

Mənbə iddia edir ki, C.Qurbanovun təqdimatı ilə Ə.Süleymanovun yerinə “Azərbaycan Dəmir yolları” QSC-nin Ukrayna Nümayəndəliyinin rəhbəri Natiq Nağıyev təyin ediləcək.

Natiq Nağıyevin Ukraynada çalışdığı müddətdə öz fəaliyyəti ilə müsbət mənada fərqlənməsi, bu ölkədəki azərbaycanlılar arasında nüfuz sahibinə çevrilməsi C.Qurbanovun diqqətindən yayınmayıb.

İddialara görə,“Azərbaycan Dəmir yolları” QSC-də vəzifəsindən azad olunacağı gözlənilən şəxslərdən biri də qurumun Sərnişin daşımaları Departamentinin rəisi Elyar Muradovdur. I müavin Əlirza Süleymanovun kadrı kimi tanınan Elyar Muradovun da adı zaman-zaman mediada müxtəlif qalmaqallarda hallanıb.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc edə bilərik. Editor.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz