Dişdə yaranan iltihab qarşıda diş ağrısına, diş çürüklərinə, hətta çox zaman diş itkisinə səbəb olur. Ağız sağlamlığı baxımından son dərəcə əhəmiyyətli olan bu problemi ev şəraitində təbii vasitələrlə müalicə edə bilərsiniz. Ailem.az diş iltihabını aradan qaldıracaq təbii reseptləri təqdim edir.
Duz və istiot Bir qaba bərabər miqdarda duz və istiot qoyun. İçinə lazımi miqdarda su tökərək maye halına gəlməsini təmin edin. İltihab olan dişin üzərinə qoyub, 15 dəqiqə saxlayın. Sonra ağzınızı ilıq su ilə çalxalayın.
Zeytun və mixək yağları 1 xörək qaşığı zeytun yağına 4 və ya 5 damcı mixək yağı əlavə edib, yaxşıca qarışdırın. Pambığı qarışıma batırıb 30 dəqiqə dişinizin üzərində saxlayaraq, ağzınızı çalxalayın.
Soğan Bir parça soğanı kəsin. Soğanı ağrıyan dişinizin üzərində 10 dəqiqə boyu çeynəyin. Soğanın tərkibindəki yağ diş ağrısını və iltihabını sürətli şəkildə aparır. Yaxşı nəticə əldə etmək üçün bu üsulu gündə iki dəfə təkrar edin.
Buz Təmiz bir pambıqla parçanın içinə bir neçə buz küpü yerləşdirin. Diş ağrıyan yerə yanağınızın üstündən qoyaraq, 15 dəqiqə aşağı basın.