Axtarış...

Qədim inanclardan 7 UNİKAL TÖVSİYƏ - hər gün bunu etsəniz...





Evdə mənfi enerjinin olması insanın şəxsi həyatına, karyerasına, hətta sağlamlığına da təsirsiz ötüşmür.

Redaktor.az evin aurasını təmizləyən sadə üsullarla tanış edir.

Çoxəsrlik ənənə: Adaçayı yandırın

Hinduların inanclarına görə, adaçayı bitkisi neqativ enerjini yox edir. Ümumiyyətlə, şəfalı bitki kimi tanınan otların yandırılması bir çox xalqın mədəniyyətində rast gəlinir. Qədim inanclara görə, bu üsul insanları pis ruhlardan təmizləyir.

Halbuki, yandırılmış bitkilər sadəcə olduğumuz mühitdəki elektrik yüklü hissəcikləri yox edir. Adaçayı yandırıldıqda ortaya çıxan tüstü mənfi yüklü ionlar yayır. Bu da havadakı müsbət yüklü ionları neytrallaşdırır, nəticədə gərginlik yaradan elektrik itir və əhval-ruhiyyənizi yaxlışadırır. Adaçayı budağını möhkəm bağlayın, ucunu yandırın və diqqətlə otaqdan otağa gəzdirin. Budağı dairəvi şəkildə hərəkət etdirin ki, mənfi yüklü duman havaya bərabər yayılsın.

Bundan başqa, dəfnə yarpağı, lavanda, üzərlik və sidr yarpağı da istifadə edə bilərsiniz.

Ev təmizliyi

Mənfi enerjidən, mənfi fikirlərdən xilas olmağın ən gözəl yollarından biri də təmizlikdir. Bütün dini inanclar, insan psixologiyasını və həyatını tənzimləyən bütün prinsiplər bu faktı dönə-dönə təkrar edir.

Dağınıq və çirkli evdə yaşamaq mənfi hisslərin ən böyük səbəbidir. Odur ki, evinizi hər gün təmizləyin, səliqəli saxlayın. Ev işləri sizi yorsa da, nəticə rahatlıq gətirəcək və neqativ hissləri aradan qaldıracaq.

Mebellərin yerini dəyişdirin

Hər gün evə gələrkən eyni mənzərə ilə qarşılaşmaq monotonluq hissi yaradır: Eyni küncdəki eyni kresloda oturmaq, eyni divarın kənarında dayanan televiziya izləmək, çay stəkanını belə kreslonun hər zaman eyni tərəfində dayanan eyni stolun üstünə qoymaq və s. Mebellərin yerini dəyişdirərək həyatınızı kiçik yeniliklərlə şənləndirə bilərsiniz.

Hətta bu zamanı Fenşuy (keçmiş Çin təlimi) qaydalarına əsaslanın. Hər şeydən əvvəl, Fenşuy evdə əşyaların düzgün olmasıdır. Bu fəlsəfə sizə lazım olan zonaları aktivləşdirmək üçün əşyaları nizamlı şəkildə yerləşdirməyi öyrədir. Bəzən elə olur ki, evə bahalı mebel qoyulsa və hər şey səliqəli olsa da, insan sıxılır. O, evdə söz-söhbət, bəd hadisələr də çox olur. Fenşuy elminə görə, bu, əşyaların, mebellərin düzgün qoyulmaması, müəyyən energetik qapıların bağlı qalması üzündən baş verir.

Gün işığı və təmiz hava

Hər səhər yuxudan duran kimi bir neçə pəncərəni açın. Günə ana təbiətin müsbət enerji anbarlarından istifadə edərək başlayın!

Orqanizmin təmiz hava ilə dolması sizdə xoş hisslər oyadacaq. Günəş işığı orqanizmdə D vitaminini fəallaşdıracaq, narahatlıq və mənfi fikirləri sürətlə təmizləyəcək. Həmçinin on minlərlə ildir ki, genlərimiz Günəş işığının bizə yaxşı təsir etdiyi, qaranlığın isə təhlükəli olduğu fikrinə öyrəşib.

Dəniz duzu

Eynilə adaçayı tüstüsü kimi, dəniz duzu da olduğu yerə mənfi ionlar yayır. Havadakı elektriki udur və sizi rahatlaşdırır.

Dəniz duzunu ilıq suda həll edib sprey şüşəsi ilə evinizin müxtəlif guşələrinə sıxın. Yaxud gecə yatmazdan əvvəl dəniz duzunu evin künclərinə səpin, səhər isə təmizləyin. Hər iki üsulda da evinizdəki atmosferin başdan-ayağa dəyişdiyini hiss edəcəksiniz.

Bitki yağları

Bitki yağlarının sağlamlığımıza və psixologiyamıza müsbət təsir etdiyini hər kəs yaxşı bilir. Evinizdəki mənfi enerjini dəf etmək üçün bu yağların gücündən istifadə etmək olar. Şüşəni içməli su ilə doldurub içinə 25-30 damcı təbii yağ tökün. Bu qarışıq həm sizin, həm də evinizin atmosferini yeniləyəcək!

Canlı güllər

Təmiz havanın müsbət təsirlərindən bəhs etdik. Evin havasını təmizləyən ən əlverişli üsullardan biri də dibçək gülləridir.

Bitkilər fotosintez prosesi sayəsində evinizi oksigen anbarına çevirəcək, həm də xoş əhval-ruhiyyə yaradacaq. Ev bitkilərinin qayğısına qalmağı, vaxtında sulamağı, saxsıları və quruyan yarpaqları təmizləməyi unutmayın.

Fotosintez prosesi axşamlar dayanır, gün işığı olmadıqda bitkilər də eynilə sizin kimi oksigen sərf edirlər. Odur ki, bitkiləri gecə yatdığınız otaqda saxlamayın, çünki dibçək gülləri oksigen miqdarını azaldır. (publika.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz