Axtarış...

Uşaq Stomatoloji Mərkəzində biabırçı mənzərə - İTTİHAM

Uşaq Stomatoloji Mərkəzində biabırçı mənzərə - İTTİHAM

Paytaxtın Nərimanov rayonundakı Uşaq Stomatoloji Mərkəzinin göstərdiyi tibbi xidmət haqda ictimai rəy heç də həmişə birmənalı olmayıb. Olub ki, övladlarını sözügedən xəstəxanaya gətirən valideynlər stomatoloji klinikada bir sıra problemlərlə üzləşdiklərini bildiriblər. Şikayətləniblər ki, həkimlər pasientdən — bizim misalda diş problemi olan uşaqların valideynlərindən) təmənna umurlar, tələbləri yerinə yetirilməyəndə məsuliyyətsizlik edir, pasienti başdansovdu müayinə edirlər. Belə neqtiv hallar yetərincə ictimailəşdirilmişdir. KİV-də gedən informasiyalarda qeyd olunur ki, həkimlərə tapşırıq baş həkimdən gəlir deyə onlar da xəstələrin əlinə baxmağa məcbur olurlar. Bundan başqa, bildirilir ki, orada istifadə olunan iynə və dərman preparatlarının keyfiyyəti qənaətbəxş deyil. Stomatoloqlar çox zaman nə əlcək taxırlar, nə də xalat geyinirlər. Nə isə, biz bu tibb müəssisəsi haqqında nə başqalarının dediklərinə, yazdıqlarına inanmağa borclu deyilik, nə nə də başqalarını inandırmaq fikrindəyik. «Başına gələn başmaqçı olar» deyib atalarımız. Deryaz.az olaraq ilk dəfədir bu müəssisədən yazırıq. Yəni, başımıza gətiriləndən, «başmaqçı olduqdan» sonra. İki ay əvvəl övladımı dişinə plomb qoydurmaq üçün paytaxtın Nərimanov rayonunda yerləşən Uşaq Stomatoloji Mərkəzinə apardım. Baş həkim Azər Əliyevlə görüşüb məsləhət istədim. Ümid edirdim ki, ziyalı həmrəyliyi göstərib ən uyğun tövsiyəni əsirgəməz. O, mənim uşağımı əslən naxçıvandan olan Mətanət adlı həkimə tapşırdı. Doktor Mətanət xanım da dişə baxıb sadə plomb üçün 40 (qırx) manat pul istədi. Məcbur olub digər dişin müalicə xərci də nəzərə alınmaqla, həkimə 50 (əlli) manat verdim. Üstündən heç bircə həftə keçmədi ki, plomb düşdü. Mətanət həkimin peşəkarlığına inamımız öldü düyə onun yanına qayıtmadıq. Qonşuluqda fəaliyyət göstərən özəl «Aristokrat» diş klinikasına müraciət etdik. Onlar da dişin ümumi rentgen edilməsi üçün bizi məhz həmin poliklinikaya — Uşaq Stomatoloji Mərkəzinə göndərdilər. Yenə baş həkimin qəbuluna girdim. Baş həkim kreslosunda yırğalanaraq saymazyana şəkildə: «Mən kənardan gələn xəstənin dişini rentgen elətdirmirəm, gərək elə dişləri burada müayinə etdirəsiniz» deyib üzünü yana çevirdi. Bu, təxminən elə adamı kabinetdən qovmaq demək idi. Biz kor-peşman kabinetdən çıxıb yararsız plombun memarı Mətanət xanımın yanına — 3-cü otağa getdik ki, heç olmasa yenidən plomb düzəltsin. Dedilər ki, Mətanət doktor işdə yoxdur. Məcbur olub rentgen otağına getdik. Rentgen etdirib qurtaran kimi xanım dedi ki, 15 (on beş) manat pul verməlisiniz. Pulu verib yenidən baş həkimin kabinetinə qayıtdıq ki, dövlət tibb müəssisəsində xidmətin pulsuz olduğunu xatırladaq. Baş həkim əlimizdə olan diski görüb təşvişlə onun nə olduğunu soruşdu. Mən cavab verəndə ki: «Rentgenin nəticəsidir» — ürəyi bir az yerinə gəldi. Amma əsəbi halda qalxıb harasa getdi. Biz də «gördüyümüzü görüb» poliklinikanı tərk etdik. Və deyəsən, birdəfəlik. Ya da Azər həkim vəzifəsindən çıxarılanadək. Çünki nə qədər ki, baş həkim odur, heç uşaqların beynəlxalq müdafiəsi günü olan 1 iyunda da sözügedən poliklinikada pul vermədiyin həkimə səhhətini etibar edə bilməzsən. Buraya «ağıl dişi» çıxarmış rəhbər lazımdır. Deryaz.az

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz