Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.
Teref.az xəbər verir ki, bu barədə Lent.az -a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib: "Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünuyasını dəyişən zaman hamımızdan halallıq istədi”.
Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.