Axtarış...

Məzahir Pənahovun ümidi doğrulmadı



Milli Məclisə keçirilən seçkilərdə qalib gələnlərin 22-i qadın, 103-ü kişidir.

Axar.az xəbər verir ki, seçkilərdə Yeni Azərbaycan Partiyası 74, Vətəndaş Həmrəyliyi Partiyası 3, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Azərbaycan Demokratik İslahatlar Partiyası 1, Ana Vətən Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vəhdət Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1 mandat qazanıb.

Ümumilikdə yeni parlament 17.6 % qadın, 82.4 % kişi deputatla təşkil olunacaq.

Milli Məclisə seçilənlər arasında 71 nəfər “köhnə” deputatdır, 44 nəfər isə yeni simadır.

Diqqət çəkən bir digər məqam da deputatların yaşıdır.

Belə ki, qadın deputatlardan ən gənci 26 yaşlı Xasayeva Səbinədir. 103 kişi deputatdan ən gənci isə 30 yaşlı Cəbi Quliyevdir.

Ümumilikdə yeni parlamentdə yaşı 35-ə qədər olan deputatların sayı 5-dir. 44 deputat isə 35-49 yaş aralığındadır.

Kişi deputatlardan 50 yaşdan yuxarı olanların sayı 76 nəfərdir.

Qadın deputatlardan 9-u 50 yaşdan, 12-si isə 35 yaşdan yuxarıdır.

Qeyd edək ki, MSK sədri Məzahir Pənahov 1314 namizəd arasında qadınların 21 faiz təşkil etdiyini bildirmiş, seçki nəticələrinə görə isə qadınların parlamentdə səs faizinin bundan daha artıq olacağına ümid etdiyini vurğulamışdı.


Daha çox xəbər

Şərh yaz