ReAL Partiyası növbədənkənar parlament seçkilərinə blok şəklində gedəcək.
Bu barədə Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məqsədlə ReAl Cümhuriyyətçilər İttifaqı yaradılıb:
“Blokda ReAl Partiyasının üzvləri və müstəqil namizədlər təmsil olunacaq. Parlamentə seçildikləri təqdirdə isə eyni adlı blok şəklində fəaliyyət göstərəcəklər”.
İ. Məmmədov “Başqa partiyalar ReAl Cümhuriyyətçilər İttifaqına qoşacaqmı” sualına cavabında deyib ki, onların mövqelərini dəstəkləyən qurumlar, təşkilatlar qoşulmaq istəsə, bu məsələyə baxılacaq və müvafiq qərar qəbul ediləcək.//Apa.az