Axtarış...

“Telekanallarımızda kişi özün qadın, qadın özün kişi edir”



Millitv.az xəbər verir ki, Efirlərimizdəki bayağı, şou verilişlərin dözülməz olduğunu deyən şair Salam Sarvan saytımıza açıqlamasında bildirdi ki, bu məsələdə intellektinə güvəndiyimiz deputatların, hansısa səviyyədə sözü keçən ziyalıların işə qarışmasına ehtiyac var.

Məsələylə bağlı Tövbə cəmiyyətinin sədri Hacı Əbdülə müraciət etdik. H.Əbdül Moderator.az-a açıqlamasında bildirdi ki, telekanallardakı bu bayağılığın məsuliyyətini televiziya rəhbərləri daşıyır:

“Bu məsələlərə münasibət bildirən bir-iki ziyalı qalıb. Çoxları elə həmin verilişlərdə iştirak edir. Telekanallarımızdakı verilişlərə baxmıram. Necə baxasan? Nə özün baxa bilirsən, nə də ailə-uşaq. Adam utanır. Bu gün günah efirlərdə o oyunları çıxaranlarda yox, telekanalların rəhbərlərindədir. Onlar bu adamlar üçün belə bir şəraiti yaradıblar. Onları tənqid etmək lazımdır. Bu nə deməkdir? Kişi özün qadın, qadın özün kişi edir”.

MİLLİTV.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz