Axtarış...

Fatmayıda torpaq qalmaqalı: bələdiyyə sədri nə edib? – ŞİKAYƏT


Abşeron rayonunun Fatmayı kənd bələdiyyəsinin sədri Nəsir Nəsirli ilə bağlı redaksiyamızın elektron poçtuna maraqlı məlumat daxil olub.

TEREF xəbər verir ki, Nazim Əliyev adlı kənd sakininin məktubunda bələdiyyə sədrinin Fatmayı kəndində yol çəkilişi ilə əlaqədar plana düşən ərazilər haqqında öncədən səhih məlumat əldə etməsindən və həmin ərazilərdə yaxın qohumlarının adına onlarla ev tikərək dövlətdən kompensasiya kimi milyonlarla manat məbləğində vəsait almasından bəhs olunur.
Mənbə bildirir ki, Nəsir Nəsirli “milyonluq layihəsini” uğurla başa çatdırsa da, bələdiyyə sədri qısa müddət sonra şübhə altına düşüb. “Fatmayıda bunca ərazi ola-ola son bir ildə onlarla evin niyə məhz plana düşən ərazidə tikildiyi əlaqədar qurumlarda sual yaradıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, Nəsir Nəsirli kənd ərazisindən keçəcək strateji magistralı ailə büdcəsini böyütmək üçün fürsət kimi dəyərləndirib. Əldə etdiyi informasiyanı bir ilin içində milyonlarla manat vəsaitə çevirən bələdiyyə sədri, bununla bütün çevrəsinə “gün ağlayıb”.
Məktubun sahibi qeyd edir ki, bu hadisədən sonra Nəsir Nəsirli hüquq-mühafizə orqanları tərəfindən çağırılıb və dindirilib. Lakin onun barəsində hər hansı hüquqi addım atılmayıb. “İşin ən maraqlı tərəflərindən biri isə odur ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblənən Nəsir Nəsirlinin Abşeron Rayon İcra Hakimiyyətindəki bəzi məmurlar tərəfindən açıq şəkildə dəstəklənməsidir. Bu məmurlardan bəzisi Nəsir Nəsirlinin “milyonluq layihəsi”ndə yaxından iştirak edib”.
Nazim Əliyev bildirib ki, yaxın günlərdə həmin məmurların adını açıqlayacaq.
Yazıda adı keçən şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq./Tribunainfo.az/
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz