Axtarış...

Bələdiyyə Sitalçay kənd məktəbində keçirilən bilik yarışmasına dəstək oldu.


Bakı şəhəri Xızır rayonunun, Sitalçay kəndində yerləşən Nihat Abdullayev adına tam orta məktəbdə şagirdlər arasında bilik yarışması keçirilib.
Bilik yarışması şagirdlərin fəallığının gücləndirilməsi,onların bilik potensialının interaktiv yolla artırılması və eyni zamanda analitik bacarıqlarının inkişafına güniş yol açır.
Xızı rayonu, Sitalçay kəndində Nihat Abdullayev adına tam orta məktəbdə keçirilən yarışda quruplara bölünmüş şagirdlər sual-cavabda fəal iştirak etdilər. Sualları düzgün və cəld cavablandıran, birinci, ikinci və üçüncü yerin qaliblərinə, yarışın sonunda mükafat və müxtəlif hədiyyələr təqdim olunub.
Onu da qeyd edək ki, məktəbdə keçirilən bilik yaraışmasının təşkil olunmasında Xızı rayon icra nümayəndəsi və Sitalçay kənd bələdiyyəsinin sədri Ağahüseyn Məlikovun xüsusi dəstəyi olunmuşdur.
Məktəbin müəllim kollektivi yarışmaya dəstək olanlara öz dərin təşəkkürünü bildiriblər.

Millitv
Text-to-Speech

DİNLƏ






Şərh yaz