Axtarış...

Qasım Süleymaninin xələfi barədə xəbər təkzib olundu


İran İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani hazırda vəzifəsinin başındadır.

Bunu SEPAH-ın Qüds Qüvvələri komandanının koordinasiya işləri üzrə müavini, briqada generalı İrəc Məscidi deyib.

O, İsmayıl Qaani ilə əlaqələrin kəsildiyi barədə xəbərləri şayiə adlandırıb.

Xatırladaq ki, İsrailin keçən həftə Beyruta endirdiyi aviazərbələrdən sonra Qüds Qüvvələrinin komandanı, general İsmayıl Qaani ilə əlaqələrin itdiyi barədə xəbərlər yayılıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz