Axtarış...

İranda terrorçu qruplaşma məhv edilib


MilliTV.az


İranın Fars və Kürdüstan vilayətlərində terror qruplaşmaları zərərsizləşdirilib.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı açıqlamada deyilir. Qeyd olunur ki, Fars vilayətinin Şiraz şəhərində yaxalanan terrorçular İranda müxtəlif terror aksiyalarını həyata keçirmək üçün ölkəyə qeyri-qanuni yollarla daxil olublar.

Eyni məqsədlə Kürdüstana gələn terrorçular əməliyyat zamanı SEPAH-ın kəşfiyyat idarəsinin əməkdaşlarına silahlı müqavimət göstəriblər. Nəticədə 2 nəfər terrorçu məhv edilib.

Hazırda araşdırma aparılır. Terror qruplarının əlaqələri müəyyən edilir.



Şərh yaz