Azərbaycanın qənsuları ilə, xüsusilə İranla münasibətlərinin pisləşməsini hədəfə alan bəzi dairələr müəyyən dezinformasiya və saxta xəbərləri dövriyyəyə buraxmaqla məqsədlərinə nail olmaq istəyirlər. Bu günlərdə sosial şəbəkələrdə yayılan görüntülər də məhz bu qəbildəndir.
İranın Azərbaycandakı səfirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, İran İslam Respublikasının İslam Keşikçiləri Korpusunun (Sepah) rəsmi telegram kanalı yoxdur, Sepahın rəsmi mövqeyini rəsmi kanallar və bu qurumun sözçüsü tərəfindən öyrənmək olar."Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır. Həmin görüntülər bir neçə il əvvələ aiddir. Bu kimi şayiələr iki ölkə əlaqələrinin bədxahları tərəfindən Tehran-Bakı əlaqələrini pozmaq niyyəti ilə dövriyyəyə buraxılır", - deyə məlumatda qeyd olunub.
Millitv.az