Axtarış...

"Elə pul ver, heç olmazsa, iki otaqlı ev alım" - evi sökülən Bakı sakinləri

"Elə pul ver, heç olmazsa, iki otaqlı ev alım" - evi sökülən Bakı sakinləri

Bakının mərkəzində, “Kubinka” kimi tanınan ərazidə bir qrup sakin "rəsmi icazə təqdim etmədən" evlərinin söküldüyünü deyirlər.

Onlarla jurnalist Əminə Məmmədova söhbət edib.

“Kubinka” deyilən ərazilər Fuad İbrahimbəyov, Cəlil Məmmədquluzadə və Zivər bəy Əhmədbəyov kimi küçələri əhatə edir, burda bir çox həyət evi bir-birinə bitişikdi.

Kubinkada evlərin sökülməsinə görə sakinlərə hər kvadrat metrə görə 2 min manat təklif olunur.
Yeni bina tikəcək şirkət həm də təklif edir ki, hər kim istəsə evinin kvadrat metrinə uyğun yeni binadan ona ev verəcək. Bu təkliflə razılaşanlar da var, lakin bir qrup sakin hər iki təklifi də rədd edir, hər kvadrat metrə görə 2 min manatın az olduğunu düşünür.

Söküntü işlərini aparan RR Construction şirkətinin rəhbəri Rafael Abdullayev BBC Azərbaycancaya deyib ki, onlar bəzi sakinlərlə razılığa gəliblər və hesab edirlər ki, təklif etdikləri məbləğ də bazar qiymətinə uyğundur.

Rafael Abdullayev deyir ki, şirkətlə razılaşmayan heç kimin evi sökülməyib. O iddia edir ki, sakinlərin evləri əvvəldən qəzalıydı, söküntünün təsirindən yaranmayıb.

Bakı şəhər icra hakimiyyəti və Yasamal rayon icra hakimiyyətindən açıqlama almaq mümkün olmayıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz